ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
2025/26 mövsümündə UEFA Çempionlar Liqasının liqa mərhələsində dörd klub ilk dəfə çıxış edəcək.
BAKU.WS-in məlumatına görə, bu klublar Belçika, Qazaxıstan, Norveç və Kipri təmsil edirlər.
Tarixi uğur qazanan komandalar bunlardır:
"Kairat Almatı" (Qazaxıstan) – Qazaxıstan təmsilçisi penaltilər seriyasında "Seltik" üzərində sensasion qələbə qazanaraq ilk dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
"Bodo/Glimt" (Norveç) – Norveç klubu tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq.
"Pafos" (Kipr) – Kipr futbolu üçün tarixi hadisə olan bu uğurla "Pafos" da liqa mərhələsinə yüksəlib.
"Union Saint-Gilloise" (Belçika) – Belçikanın bu təmsilçisi də debüt edəcək komandalar sırasında yer alıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.