AZ

Tramp Rusiya ilə iqtisadi müharibəyə başlayacaq?

Rusiya ilə iqtisadi müharibəyə başlamaq ABŞ prezidenti Donald Trampın maraqlarına uyğun deyil. O, bu bəyanatı öz mövqeyini gücləndirmək üçün verib.
ONN media xəbər verir ki, bu fikri amerikalı politoloq Malek Dudakov deyib.
Analitikin fikrincə, Donald Tramp administrasiyası Rusiya ilə danışıqlara hazırdır, ona görə də ABŞ prezidenti təhdidləri həyata keçirməyəcək.
Dudakov vurğulayıb ki, bu, istənilən sülh prosesini dayandıracaq: "Ona görə də hazırda Trampın bu bəyanatları sadəcə olaraq öz mövqeyini gücləndirmək, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını göstərmək cəhdidir. Baxmayaraq ki, o özü də nəticənin son dərəcə yaxşı olmayacağını etiraf edir".

Seçilən
1
onn.az

1Mənbələr