AZ

Türkiyənin Xarici İşlər Nazirliyindən Netanyahunun açıqlamasına sərt reaksiya

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun qondarma "erməni soyqırımı" ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin açıqlamasında qeyd olunub ki, qondarma "erməni soyqırımı" ilə bağlı fikir, İsrail hökumətinin və Netanyahunun Fələstin xalqına qarşı törədilən soyqırımı və cinayətləri ört-basdır etmək məqsədi daşıyır.

Bildirilib ki, İsrailin Baş nazirinin 1915-ci ildə törədilən soyqırımı ilə bağlı bəyanatı keçmiş faciəli hadisələrdən siyasi səbəblərdən istifadə etmək cəhdidir. Türkiyənin Xarici İşlər Nazirliyi tarixi və hüquqi faktlarla bir araya sığmayan bu bəyanatı qınayır və rədd edir.

Xatırladaq ki, Netanyahu ilk dəfə olaraq 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıdığını deyib.

İsgəndər Həsənov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
525.az

1Mənbələr