AZ

Sentyabrın 1-də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı yekun qərarın verilməsi gözlənilir – Nazir müavini

BAKI, TurkicWorld, Zeynəb Babayeva

Sülh sazişinin imzalanması üçün iki əsas şərt mövcud idi. Bunlardan biri ATƏT-in Minsk Qrupunun ləğvi, digəri isə Ermənistan Konstitusiyasında dəyişliklərin edilməsi idi.

TurkicWorld xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının üzvləri ilə görüş çərçivəsində jrunalistlərə açıqlamasında bildirib.

O bildirib ki, bunlardan biri artıq baş verdi:

"Yəni ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı iki ölkənin xarici işlər nazirlərinin birgə müraciəti edildi. Sentyabrın 1-də bununla bağlı yekun qərarın verilməsi gözlənilir".

Xəbər yenilənəcək

Seçilən
41
1
turkic.world

4Mənbələr