AZ

Qazaxıstanlı nazirdən BTC də çirkli neft iddialarına REAKSİYA

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Operator tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ötürülən neftdə hansısa xlororqanik birləşmələrin olduğuna dair rəsmi bir bəyanat görməmişəm, amma bu barədə xəbər lentlərindən öyrəndim. Təchizatın dayandırıldığına dair məlumat olmuşdu. Amma bilirəm ki, hazırda «KazMunayGaz» bu marşrutla nəqlin tezliklə bərpası üçün danışıqlar aparır".

Bakupost.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

Nazir əlavə edib ki, bu boru kəməri ilə Qazaxıstan neftinin ixrac həcminin artırılması üçün bütün imkanlar mövcuddur.

Qeyd edək ki, bəzi mənbələrin məlumatına görə, Qazaxıstan nefti avqustun əvvəlindən etibarən BTC marşrutu ilə göndərilmir.

Aysel,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
www.bakupost.az

1Mənbələr