AZ

Putinlə Ərdoğan yaxın günlərdə görüşəcək 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə görüşəcək.

Ölkə.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, görüş Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində baş tutacaq.

Peskov bildirib ki, hazırda görüşlə bağlı hazırlıq işləri gedir.

Rusiya prezidenti Vladimir Putin gələn həftə Rusiya və Çin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqların planlaşdırıldığı Çinə dördgünlük səfərə gedəcək.

Mürtəza

Seçilən
6
1
olke.az

2Mənbələr