AZ

Nihat Kahvecidən "Qarabağ"la bağlı nikbin açıqlama - Video

style='margin-bottom:10px;'>

Türkiyənin əfsanəvi futbolçularından Nihat Kahveci "Qarabağ"la bağlı danışıb.

QOL.az xəbər verir ki, "Kontraspor" verlişinin qonağı olan keçmiş hücumçu Ağdam klubunun Çempionlar Liqasında uğurla irəlilədiyini bildirib. O, "Qarabağ"ın pley-off mərhələsində "Ferensvaroş" (Macarıstan) səddini də keçəcəyinə inandığını deyib:

“Qalatasaray” Çempionlar Liqasındadır. İnşallah bir azdan “Fənərbaxça”nı da orada görərik. Qardaş komandamız “Qarabağ” da ev oyununa çıxacaq. İlk oyunda çox yaxşı nəticə qazanıblar. “Qarabağ”a cavab matçında da ürəkdən uğurlar arzulayırıq. İnşallah “Qarabağ” da Çempionlar Liqasının Liqa mərhələsində olacaq. Azərbaycan futbola ayırdığı yatırımın qarşısını alır, futbol inkişaf edir. “Qarabağ”ə ilk oyundakı qələbəyə görə təbrik edir, cavab matçınfa uğurlar arzulayıram. İnşallah Liqa mərhələsinə yüksələcəklər”.  

Xatırladaq ki, Budapeştdə keçirilən ilk oyunda "Fernavaroş"a 3:1 hesabı ilə qalib gələn "Qarabağ" bu gün rəqibini Bakıda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
 

Seçilən
17
2
teleqraf.com

3Mənbələr