AZ

“Belarus hərbçilərin sayını artırmağı planlaşdırmır” Volfoviç

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Belarus ordu qüvvələrinin sayını artırmağı planlaşdırmır”.

525.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

“Belarus militarizasiya, silahlı qüvvələrin sayının artırılması məsələlərini prioritet hesab etmir. Biz Polşa və Baltikyanı ölkələrin hərbi qüvvələrinin necə silahlandığını, bizə qarşı hansı ritorikadan istifadə etdiyini görürük", - Volfoviç əlavə edib.

O bildirib ki, Belarus Respublikasından gələn sülh təşəbbüslərini, sülh təkliflərini avropalı qonşularımız cavabsız qoyur: “Təəssüf ki, biz ölkəmiz ətrafında hərbi təhlükələrin səviyyəsinin yalnız artdığını görürük”.

Volfoviç Belarusun Avropa qitəsi üçün təhlükə yaratması ilə bağlı ittihamları rədd edib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
525.az

1Mənbələr