AZ

"Netanyahu cinayətlərini ört-bas etməyə çalışır"

Türkiyənin Xarici İşlər Nazirliyinin mənbələri İsrailin Baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələrinə dair açıqlamasına sərt şəkildə etiraz edib.

Redaktor.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada bildirilib:

“Netanyahunun 1915-ci il hadisələrinə dair bəyanatı, tarixi faciələri siyasi məqsədlərlə sui-istifadə etməyə yönəlmiş bir cəhddir.

Fələstin xalqına qarşı törədilən soyqırımda roluna görə məhkəmədə mühakimə olunan Netanyahu, özü və hökumətinin həyata keçirdiyi cinayətləri ört-bas etməyə çalışır.

Tarixi və hüquqi həqiqətlərlə uzlaşmayan bu açıqlamanı qınayır və rədd edirik.”

Nuriyyə NATİQQIZI

Seçilən
141
1
redaktor.az

2Mənbələr