Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, "Ford" markalı yük avtomobili Quba-Alpan avtomobil yolunun Qalayxudat kəndi yaxınlığından keçən hissəsində dərəyə aşıb. Yüksək dağlıq ərazidə baş verən qəza nəticəsində sürücü, Füzuli rayon sakini İlqar Əhmədov hadisə yerində ölüb, sərnişin Ramil Rəhimzadə isə yaralanıb.
Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub, qəzaya düşən şəxslər əzilən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, ölən və yaralanan şəxslər film çəkilişi ilə əlaqədar Qubanın Qrız kəndinə gedən heyətin üzvləri olub. Hadisənin dumanlı hava şəraitinə görə, sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.