AZ

ABŞ-ın bu ölkədəki səfirinə xəbərdarlıq edildi

Danimarkanın dövlət yayım orqanı DR-ın avqustun 27-də yaydığı xəbərə görə, Qrenlandiyada ABŞ vətəndaşlarının naməlum əməliyyatlar apardığına dair məlumata əsasən, ölkədəki ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Məsələylə bağlı xarici işlər naziri Lars Lökke Rasmussen DR-yə açıqlamasında deyib: “Danimarka Krallığının daxili işlərinə ediləcək hər hansı müdaxilə cəhdi, təbii ki, qəbuledilməzdir. Bu səbəbdən Xarici İşlər Nazirliyindən ABŞ nümayəndəsini görüş üçün çağırılmasını tələb etdim.”

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp vaxtilə milli və beynəlxalq təhlükəsizlik səbəblərini əsas gətirərək mineral baxımından zəngin və strateji mövqedə yerləşən Arktika adası Qrenlandiyanı ABŞ-ın ələ keçirmək istədiyini demiş və bunun üçün güc tətbiqini də istisna etməmişdi.

Seçilən
7
veteninfo.az

1Mənbələr