AZ

2007 ci ildə müsabiqədə mənim yerimi pulla satdılar QALMAQAL BÖYÜYÜR

Shownews saytından alınan məlumata görə, ain.az bildirir.

IX “Muğam” Televiziya Müsabiqəsinin finalındakı qalmaqal bitmək bilmir. İştirakçılardan biri olan Kənan Novruzovun etirazına müsabiqənin əvvəlki buraxılışlarında yer alan müğənni Nişanə Baxışova münasibət bildirib.

Axşam.az xəbər verir ki, Nişanə onun yerinin satıldığını iddia edib: 

"Bu uşaqları mənim günümə saldılar. 2007-ci ildə müsabiqədə yerimi pulla satdılar. heyif... Allah böyükdür. Nə olsun, 2011-ci ildə beynəlxalq müsabiqədə üçüncü yerin sahibi oldum. Yerimi satan insanlara sübut etdim".

Qeyd edək ki, Kənan Novruzov müsabiqədə haqsızlığa uğradığını iddia edib. O, finalda təqdim olunan diplomdan imtina edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr