AZ

Türkiyə XİN-dən Netanyahuya “erməni soyqırımı” cavabı


Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı” ilə bağlı açıqlamalarına münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi saytında məlumat dərc olunub.
“Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmişin ağrılı hadisələrindən siyasi səbəblərdən istifadə etmək cəhdidir. Fələstin xalqına qarşı törədilən soyqırımdakı roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Tarixi və hüquqi faktlara uyğun olan bu bəyanatı qınayır və rədd edirik”, - məlumatda deyilir.
Seçilən
13
yeniavaz.com

1Mənbələr