AZ

Polşa rəhbərliyində Ukrayna ilə bağlı qanuna görə gərginlik yaranıb

Polşa hökuməti və prezident administrasiyası arasında Ukraynaya dəstək məsələsində ciddi fikir ayrılığı müşahidə olunur.

Editor.az xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.

Məlumata görə, prezident Karol Navrotski Ukrayna vətəndaşlarına yardımın uzadılmasına dair qanuna veto qoyub. Bunun ardınca rəqəmsal texnologiyalar naziri Kşiştof Qavkovski dövlət başçısını Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib və bildirib ki, qərar Polşanın Kiyev üçün “Starlink” peyk internetinin ödənişini davam etdirməsinə imkan verməyəcək.

Prezidentin mətbuat katibi Rafal Leşkyeviç isə bu iddialara sərt reaksiya göstərərək onları “əsassız” adlandırıb və vurğulayıb ki, “bu, manipulyasiyanın ən yüksək formasıdır və ona qarşı mübarizə aparmaq lazımdır, dəstək vermək yox”.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr