AZ

Kağızda 100 yazılıb, amma 110 yaşı var - Laçınlı Fatma nənə

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları Laçın Şəhəri Günü ərəfəsində rayonun 100 yaşlı sakini Fatma Kərimovanı ziyarət ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə xidmətin sosial şəbəkə hesabında paylaşım edilib. 

Bildirilib ki, sənədlərə əsasən, Fatma Kərimova 1926-cı il iyulun 1-də Laçın rayonunun keçmiş Mahmudlu bulağı adlanan ərazisində anadan olub.

Fatma xanım bildirib ki, həmin dövrdə sənədlər çox vaxt gec verildiyindən doğum tarixində dəqiqlik tam qorunmayıb. Onun sözlərinə görə, əslində 110 yaşı var.

Fatma Kərimovanın 6 övladı, 9 nəvəsi var.

2
Seçilən
8
8
redaktor.az

10Mənbələr