AZ

“Fələstin məsələsi Türk milləti üçün milli bir məsələdir”

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Fələstin məsələsi Türk milləti üçün milli bir məsələdir və xalqımızın ortaq məsələsidir”.

Redaktor.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu fikirləri Böyük Zəfərin 103-cü ildönümü çərçivəsində Afyonqarahisarda keçirilən “Zəfər Həftəsi” tədbirləri zamanı səsləndirib. Şuhut Bələdiyyəsi Şəhər Stadionunda təşkil olunan mərasimdə çıxış edən TBMM sədri 26 avqust tarixinin Türk tarixi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O qeyd edib ki, 26 avqustda Alp Arslanın ordusu Anadolu qapılarını Türklərə açıb, əsrlər sonra eyni tarixdə düşmənin işğal planları xalqın mübarizəsi ilə darmadağın edilib.

“Böyük Hücumda xalqımız bir yumruq olaraq Şuhutdan İzmirdəki yürüşün yolunu açdı. 26 avqust həm Anadolunun müsəlman Türklər tərəfindən fəthinin, həm də yenidən yurd elan edilməsinin ildönümüdür. Bu gün hamımıza mübarək olsun”, – deyə Kurtulmuş əlavə edib.

Nuriyyə NATİQQIZI 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
redaktor.az

2Mənbələr