"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez artıq Səudiyyə Ərəbistanındakı həyata tam uyğunlaşıb.
Publika.az xəbər verir ki, Corcina yerli ənənələrin ona mane olmadığını bildirir. Argentinalı gözəl "Hia Magazine"in ərəb buraxılışının üz qabığında da yer alıb və müsahibə verib.
O, uyğunlaşma baxımından problem yaşamadığını deyib:
"Burada yerli üslub və mədəniyyətə uyğunlaşıram, amma eyni zamanda öz stilimi də qoruyuram. Ər-Riyadda ailə ilə birlikdə vaxt keçirmək, istirahət və əyləncə üçün saysız imkanlar var. Şəhəri kəşf etməyi, çoxsaylı restoran və ticarət mərkəzlərini ziyarət etməyi sevirik. Yerli həyatı xoşlayırıq".