AZ

MDB Oyunlarında Türkiyə və Küveyt idmançıları da iştirak edəcək

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin 28 sentyabr-8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, yarışlara ev sahibi Azərbaycan ilə birlikdə ümumilikdə 10 ölkə qatılacaq.

Yarışlar Azərbaycanın 7 şəhərində, 12 idman məkanında, 23 idman növü üzrə keçiriləcək.

Açılış mərasimi Gəncə şəhərində baş tutacaq III MDB Oyunlarında 2 330 nəfərlik nümayəndə heyəti iştirak edəcək ki, onların 1 605-i idmançıdır.

Ölkələr üzrə idmançıların sayı belədir:

Azərbaycan – 340 idmançı;

Rusiya – 262 idmançı;

Özbəkistan – 254 idmançı;

Belarus – 240 idmançı;

Qazaxıstan – 147 idmançı;

Tacikistan – 144 idmançı;

Türkmənistan – 48 idmançı;

Türkiyə – 38 idmançı;

Qırğızıstan – 126 idmançı;

Küveyt – 6 idmançı.Murad Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
yeniavaz.com

3Mənbələr