Türkiyənin Xarici İşlər Nazirliyi İsrail Baş naziri Binyamin Netanyahu’nun 1915-ci il hadisələrinə dair açıqlamasını kəskin tənqid edib.
Editor.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Netanyahu’nun sözləri “keçmişdə baş vermiş faciəli hadisələr üzərində siyasi spekulyasiya cəhdi” kimi qiymətləndirilib. Həmçinin sənəddə vurğulanır ki, İsrail baş naziri öz hökuməti ilə birlikdə “Fələstin xalqına qarşı törədilmiş cinayətləri gizlətməyə çalışır və bu səbəbdən məhkəmə qarşısındadır”.
Bəyanatda qeyd olunub:
“Biz bu açıqlamanı pisləyir və rədd edirik; bu, tarixi və hüquqi reallıqla heç bir əlaqəsi olmayan bəyanatdır.”
//Samir Qurbanov, Editor.az