AZ

Naxçıvanda mədəniyyət obyektlərinin təmiri istiqamətində ilkin işlərə başlanılıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin təmiri diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mütəmadi olaraq müvafiq işlər həyata keçirilir.

Bu tədbirlərin davamı kimi Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi, Heydər Əliyev Sarayı və Naxçıvan Dövlət Milli Dram Teatrının təmiri ilə bağlı olaraq mövcud binaların layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanıb.

Şirkət tərəfindən müqaviləyə uyğun olaraq hər üç binanın layihə sənədləri hazırlanacaq, adıçəkilən mədəniyyət müəssisələrinin günün tələblərinə uyğun olaraq təmir və tikintisi istiqamətində işlər davam etdiriləcək.

Səbuhi HƏSƏNOV

Seçilən
3
2
xalqqazeti.az

4Mənbələr