AZ

Ermənistan XİN rəhbəri: Konstitusiyanı dəyişmək öhdəliyimiz yoxdur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində Konstitusiya məsələsinə aydınlıq gətirib.

Doğru.az xəbər verir ki, Mirzoyan açıqlamasında Yerevanın Bakı qarşısında heç bir öhdəlik götürmədiyini vurğulayıb: “Konstitusiya Vaşinqtonda müzakirə olunmayıb və bizim konstitusiyamızı dəyişdirmək üçün heç bir üçüncü ölkə qarşısında heç bir öhdəliyimiz yoxdur”, – deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl Qarabağın 16 şəhər və kəndinə məcburi köçkünlərin qayıdışı təmin edilib. Martın 13-də isə Ermənistan və Azərbaycan danışıqları yekunlaşaraq sülh sazişi layihəsi üzrə razılıq əldə olunub.

DOĞRU.AZ

Seçilən
15
1
dogru.az

2Mənbələr