AZ

Torpaq icarəsi qanunla necə tənzimlənir? -

Azərbaycanda torpaq sahibi öz torpağını satmadan digər şəxslərə istifadə üçün verə bilər. Bəs bu proses qanunla tənzimlənirmi?Mövzu ilə bağlı Hüquqşünas Elşad İsayev Metbuat.az-a açıqlama verib. Hüquqşünas qeyd edib ki, Azərbaycanda torpaq icarəsi haqqında qanun mövcuddur:“Bu qanun torpaq icarəsi ilə bağlı məsələləri tənzimləyir və ölkənin qanunvericiliyində də öz əksini tapır. Azərbaycanın qanunlarından və beynəlxalq müqavilələrdən istifadə olunur. Hüquqi və fiziki şəxslərə dövlət torpaqları da, bələdiyyə torpaqları da icarəyə verilə bilər. Maksimum icarə müddəti 99 ildir. Bu münasibətləri tənzimləyən qanun mövcuddur. Eyni zamanda icarə müqaviləsi Mülki Məcəlləyə uyğun olaraq da tənzimlənir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
2
2
metbuat.az

3Mənbələr