AZ

Ağdamda 2 yaşlı uşaq xəstəxanaya yerləşdirilib - Atası saxlanılıb

Ağdamda azyaşlı ağır xəsarət alıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonunun Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda ölümcül halda olan körpənin valideyni tərəfindən döyüldüyü deyilir.

Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
13
ucnoqta.az

10Mənbələr