AZ

Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaq qarşılığında Gürcüstana nə vəd edib? – Kaladze açıqladı...


“Gürcü Arzusu” Partiyasının baş katibi və Tiflis meri Kaxa Kaladze Qərbin Gürcüstana administrasiyasına təzyiqlərilə bağlı yeni açıqlamalar verib.

Kaladze Baş nazirin ofisində birbaşa təhdid və şantajlarla qarşılaşdıqlarını və Qərbin onlardan Rusiyaya qarşı “ikinci cəbhə” açmağı tələb etdiyini bildirib.

Kaladzenin sözlərinə görə, Qərb nümayəndələri bu hərbi müdaxilə müqabilində Gürcüstana silah və hərbi texnika vəd ediblər.

"Təbii ki, bununla bağlı sübutlar var və lazım gələrsə, tədbir görəcəyik. Bununla belə, ölkənin maraqlarına uyğun olaraq mövcud vəziyyəti saxlamaq daha yaxşıdır" - deyə Gürcüstan rəsmisi bildirib.

Şantajın hələ də davam etdiyini deyən Kaladze əlavə edib ki, Qərb Gürcüstanı Aİ ilə vizasız rejimi dayandırmaqla hədələyir.

TAHİR

Seçilən
0
baki-xeber.com

1Mənbələr