AZ

"Ermənistan Konstutisiyasında dəyişikliklərdən sonra sülh sazişi ən qısa müddətdə imzalana bilər" - XİN müavini


Sülh sazişinin imzalanması üçün iki əsas şərt mövcud idi. Bunlardan biri ATƏT-in Minsk Qrupunun ləğvi, digəri isə Ermənistan Konstitusiyasında dəyişliklərin edilməsi idi.

Trend xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının üzvləri ilə görüş çərçivəsində jrunalistlərə açıqlamasında bildirib.

O bildirib ki, bunlardan biri artıq baş verdi:

“Yəni ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı iki ölkənin xarici işlər nazirlərinin birgə müraciəti edildi. Sentyabrın 1-də bununla bağlı yekun qərarın verilməsi gözlənilir”.

Nazir müavini digər şərtin isə hələ də yerinə yetirilməmiş olaraq qaldığını xatırladıb.

“Yəni Ermənistan Konstutisiyasında dəyişiklik edilikdən sonra artıq sülh sazişinin imzalanması ilə bağlı zəruri zəmin formalaşmış olacaq. Sülh sazişinin tezliklə imzalanmasını gözləyirik. Bu dəyişiklik baş verdikdən sonra sülh sazişi ən qısa müddətdə imzalana bilər", - deyə o qeyd edib.

Seçilən
11
1
baki-xeber.com

4Mənbələr