Ağdam.Trend:
Ağdamda ata azyaşlı körpəsini döyərək ölümcül hala salıb.
Trend xəbərverir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.
Belə ki, 2023-cü il təvəllüdlü Rəhimov Musa Sadiq oğlu ağırtravmalarla Ağdam rayon mərkəzi xəstəxanasına gətirilib. Onunvəziyyətinin kəskin ağır olduğu bildirilir.
Əməli törətməkdə şübhəli bilinən ata Sadiq Rəhimov polisəməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.