AZ

Ukrayna Rusiyanın neft sənayesini çökdürür – ölkənin neft emalı imkanlarının 17 faizi sıradan çıxarıldı


Ukraynanın 10 zavoda hücumları Rusiyanın neft emalı imkanlarının 17 faizini sıradan çıxarıb. “Reuters” agentliyinin məlumatına görə, bu da gündəlik 1,1 milyon barel neft hasilatına bərabərdir.

Qeyd edilir ki, Ukrayna Rusiyanın neft emalı və ixrac infrastrukturuna dronlarla hücumları aktivləşdirib. Hücumlar Rusiyanın neft emalını və ixracını ləngidib və Rusiyanın bəzi bölgələrində yanacaq qıtlığı yaradıb.

Ukrayna Moskvanın cəbhə xəttində irəliləməsinə və Ukraynanın qaz və elektrik enerjisi obyektlərinə zərbələrinə cavab olaraq, son vaxtlar Rusiyanın neft obyektlərinə hücumları artırıb.

“Reuters” yazır ki, Kiyevin bu hücumları mümkün sülh danışıqlarında mövqelərini gücləndirmək cəhdidir.

Onu da qeyd edək ki, Rusiyanın neft emalı zavodlarına hücumlarıb aktivləşməsi Rusiyada turistlər və fermerlər tərəfindən benzinə tələbatın maksimal həddə olduğu bir vaxta təsadüf edir.

Bu arada, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələrdən UNİAN-a bildirilib ki, Rusiyada "Ryazan-Moskva” neft kəmərində partlayış baş verib və Moskva şəhərinə neft məhsullarının daşınması qeyri-müəyyən müddətə dayandırılıb.

Məlumata görə, 26 avqust 2025-ci il tarixində Ryazan vilayətində baş verən güclü partlayış neft kəmərinin magistral hissəsində baş verib və bu kəmər dövlət-aqressorun paytaxtına neft məhsullarının əsas tədarük mənbələrindən biridir.

Kəşfiyyat mənbələrinin sözlərinə görə, Ryazan paytaxtında magistral neft kəmərində "partlayış” səslərinin yayıldığı məlumatlardan sonra güclü yanğın başlayıb. Ryazan şəhərinin Bojaktovo kəndi ərazisində fövqəladə xidmətlər, hüquq-mühafizə orqanları və bərpa briqadaları hadisənin nəticələrini aradan qaldırmaq üçün cəlb olunublar.

2018-ci ildən bu magistral "Transneft” şirkəti tərəfindən avtomobil benzininin tədarükü üçün repurpos edilərək dövlət-aqressorun ordusuna xidmət göstərirdi.

Məlumata görə, hadisə nəticəsində Moskva istiqamətində neft məhsullarının daşınması qeyri-müəyyən müddətə dayandırılıb, "Transneft” nümayəndələri isə zərərin hesablanmasını aparırlar.

UNİAN yazır ki, Kuril adalarının böyük hissəsini əhatə edən Kuril rayonu sakinləri üçün Aİ-92 benzin satışı dayandırılıb. Bu, Ukrayna dronlarının Rusiyanın neft emalı zavodlarına etdiyi zərbələrdən sonra yaranan yanacaq böhranı ilə əlaqəlidir. Rayon rəhbəri Konstantin İstomin bildirib ki, qalan yanacaq ehtiyatı tamamilə "xüsusi texnika” üçün istifadə olunmalıdır.

Qeyd edilir ki, 20 avqustdan Kuril adalarında yanacaq satışına məhdudiyyətlər tətbiq olunub – bir nəfərə ən çox 10 litr benzin verilir. 17 avqustdan etibarən qonşu Primoryedə benzin çatışmazlığı və uzun növbələr yaranıb. Eyni zamanda, Zabaykal və müvəqqəti işğal olunmuş Ukrayna Krımı yanacaqdoldurma məntəqələrində sovet dönəmində olduğu kimi kupon sistemi ilə satışa qayıdıb.

TAHİR

Seçilən
12
2
baki-xeber.com

3Mənbələr