AZ

Azərbaycan XİN rəhbəri Fransanın səfirini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın ölkədəki səfiri Ann Buayonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Fransa münasibətləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

Bayramov, Buayonun Azərbaycanın tarixində əhəmiyyətli dövrdə səfir kimi fəaliyyət göstərdiyini bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər iki ölkə arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazir qarşı tərəfi Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları, o cümlədən Vaşinqtonda keçirilmiş görüş və onun nəticələri barədə məlumatlandırıb. Görüş zamanı "Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in mətninin paraflandığı və ATƏT-in Minsk Qrupu ilə əlaqəli strukturların bağlanması üçün birgə müraciət edildiyi bildirilib.

Səfir Buayon Azərbaycandakı fəaliyyəti dövründə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.

Gülnar 

Seçilən
23
2
anews.az

3Mənbələr