AZ

Xarici bazarlara alma, armud və heyva ixracı artıb

Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracında artım dinamikası davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, bu ilin ötən yeddi ayı ərzində ölkəmizdən 58,941.5 ton alma, armud və heyva ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,6 faiz çoxdur.

İxrac olunan məhsulun həcmi ilə yanaşı, dəyərində də artım müşahidə olunur. Qeyd olunan dövrdə xarici bazarlara ixrac edilən alma, armud və heyvanın ümumi dəyəri 41,647.7 min dollar təşkil edib.

Bu məhsulların ixrac dəyəri ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 62,9 faiz çoxdur.

Seçilən
45
4
vergiler.az

8Mənbələr