BAKI, 27 avqust. TELEQRAF
İslandiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Fransa milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Teleqraf xəbər verir ki, baş məşqçi Arnar Qunnlauqsson D qrupu çərçivəsində sentyabrın 5-də evdə Azərbaycan, 9-da isə səfərdə Fransa millisinə qarşı baş tutacaq matçlara 25 futbolçu dəvət edib.