AZ

Fransa genişmiqyaslı müharibəyə hazırlaşır - Xəstəxanalara tapşırıq verildi

Fransada səhiyyə sisteminə Avropada böyük silahlı qarşıdurma zamanı tibb müəssisələrinin irimiqyaslı itkiləri qəbul etməyə hazır olmasını təmin etmək tapşırılıb.

Publika.az xəbər verir ki, bu barədə "Canard Enchaîné" jurnalı respublikanın səhiyyə naziri Ketrin Votrinin regional səhiyyə qurumlarının rəhbərlərinə verdiyi tapşırığa istinadən məlumat yayıb.

“Ketrin Votrinin göstərişi ilə xəstəxanalar Avropada genişmiqyaslı silahlı münaqişə baş verəcəyi təqdirdə minlərlə yaralı əsgəri qəbul etməyə hazır olmalıdır”, - nəşr yazırb

Bildirilib ki, bu sərəncam çərçivəsində döyüş bölgələrindən yaralıların qəbulu üçün tibb məntəqələrinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər nəqliyyat qovşaqlarının yaxınlığında yerləşdirilməlidir.

Seçilən
10
2
publika.az

3Mənbələr