Tərtər Rayon Polis Şöbəsinə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinin ərazisindən dövlət əmlakı olan dəmir boru və toxuma torların oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Xəyal Nəsirov saxlanılıb. Onun yaşadığı ünvandan 471 ədəd dəmir boru və 46 top toxuma maddi sübut kimi götürülüb.
Bundan başqa, polis əməkdaşlarının narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı keçirdiyi tədbirlər nəticəsində 54 yaşlı Firdovsi Həsənov saxlanılıb. Yaşadığı ünvana baxış zamanı oradan aqrotexniki qaydada dibçəklərdə yetişdirilən çətənə bitkiləri aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
ZÜMRÜD