ABŞ prezidenti Donald Tramp milyarder Corc Soros və oğlu Aleksandrın ölkədəki etirazlara dəstək verdiyinə görə cinayət məsuliyyətin cəlb olunmasını istəyib.
AzPost bildirir ki, onun şərhi Truth sosial şəbəkəsində yerləşdirilib.
“Corc Soros və onun radikal solçu oğlu ABŞ-da zorakı etirazları dəstəklədiklərinə görə RICO (Reketlərin Təsirində Olan və Korrupsiyaya uğramış Təşkilatlar Aktı – red.) çərçivəsində mühakimə olunmalıdırlar”, – Amerika lideri yazıb.
Tramp əlavə edib ki, ABŞ hökuməti bu başdanxarabların Amerikanı parçalamağa davam etməsinə imkan verməyəcək. Onun sözlərinə görə, Soros və ona kömək edən psixopatlar qrupu ölkəyə külli miqdarda ziyan vurub.