Ötən gün Yusif İmanovun Kosovaya transfer olacağını xəbər vermişdik.

Offsideplus.az xəbər verir ki, keçid rəsmiləşib. "Malişeva" klubu gənc qapıçını transfer etdiyini açıqlayıb.

Bu barədə klub rəsmi sosial media hesablarından məlumat yayıb.

Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

22 yaşlı Y. İmanov karyerasında ilk dəfə ölkə xaricində çıxış edəcək. "Sabah" yetirməsi olan qapıçı "bayquşlar"ın heyətində 94 oyun keçirib.