Azərbaycanı qapıçı Yusif İmanov karyerasını Kosovada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, gənc qolkiper bu ölkənin “Malişeva” klubu ilə anlaşıb. Onunla imzalanan sözləşmənin detalları açıqlanmayıb.
Hazırda Kosova çempionatında iki tur geridə qalıb. “Malişeva”nın aktivində 1 xalı var.
Xatırladaq ki, 22 yaşlı qapıçı müqavilə ilə “Sabah” klubuna məxsus idi. O, bir müddət öncə paytaxt təmsilçisindən ayrıldığını açıqlamışdı.