Bu həftə Ukrayna nümayəndə heyəti Vaşinqtona səfər edəcək və ABŞ Prezidenti xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşlər aparacaq.
Editor.az xəbər verir ki, Heyətə Prezident Administrasiyasının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov daxildir.
Məlumatlara görə, səfərin əsas mövzuları təhlükəsizlik zəmanətləri və Prezident Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə mümkün ikitərəfli görüşünün hazırlanması olacaq.
//Samir Qurbanov, Editor.az