AZ

Ailəsi yaddaşını itirən Brüs Uillisi yaşadığı evdən çıxarıb –"Onun öz vəziyyətindən xəbəri yoxdur"

Yaddaş pozğunluğu diaqnozu qoyulmuş məşhur Hollivud aktyoru Brüs Uillisin ailəsi xəstəliyinə görə onu başqa evə köçürmək qərarına gəlib.

AzPost bildirir ki, bunu aktyorun həyat yoldaşı Emma Heminq-Uillis ABC-nin “Good Morning America” ​​proqramı üçün Dayan Soyerə müsahibəsində deyib.

2022-ci ildə Brus Uillisin ailəsi aktyora orqanik beyin zədələnməsi nəticəsində yaranan nitq pozğunluğu diaqnozu qoyulduğunu açıqlayıb. Bu xəstəliklə insan nitqi anlamaqda və söz seçməkdə, oxumaqda və yazmaqda çətinlik çəkir. Səhhətinə görə aktyor kino karyerasını bitirmək qərarına gəlib. Sonradan bildirildi ki, afaziya aktyorda frontotemporal demensiyaya (yaddaşın itirilməsinə) səbəb olub.

Emma Heming-Uillis müsahibəsində bildirib ki, o, aktyorun davranışında dəyişiklikləri ilk dəfə hələ rəsmi diaqnoz qoyulmamışdan əvvəl hiss edib. Onun sözlərinə görə, Uillis qızlarını məktəbə daha az aparır, sakit oturur və ailə bir araya gələndə sanki bir az ətrafdan təcrid olunurdu. Aktyorun həyat yoldaşı əvvəlcə nə baş verdiyini anlamadığını” qeyd edib.

Aktyorun hazırkı durumundan danışan Heminq-Uillis bildirib ki, Brus hələ də aktivdir, ümumi sağlamlığı yaxşıdır. Amma öz vəziyyətindən xəbəri yoxdur: “Brus əsasən əla formadadır, yalnız beyini onu pis vəziyyətdə qoyur.  Onun sözlərinə görə, aktyor nitqdə çətinlik çəkir, lakin qohumları artıq uyğunlaşmağı öyrəniblər və onunla ünsiyyət qurmağın başqa yollarını tapıblar”.

Aktyorun həyat yoldaşı da qeyd edib ki, onun fikrincə, Brüs hələki onu və ailəsini tanıyır. Ailə Brüs Uillisin təhlükəsizliyini təmin etmək və 24 saatlıq qayğı qrupu ilə yaşamasına icazə vermək üçün onu yaxınlıqdakı ayrı bir evə köçürmək qərarına gəlib: “Bu, həyatımda verməli olduğum ən çətin qərarlardan biri idi. Amma bilirdim ki, Brus qızlarımızın öz ehtiyaclarına uyğun olan evdə yaşamalarını istəyəcək. Emma Heminq-Uillis əlavə edib ki, aktyorun qohumları daim evdə olur, onunla vaxt keçirirlər.

AzPost.az

Seçilən
0
1
azpost.info

2Mənbələr