İtaliya yığmasının sabiq müdafiəçisi Alessandro Florenzi karyerasını başa vurub.
"Unikal" xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesablarında paylaşım edib. Alessandro 34 yaşında futbolla vidalaşdığını açıqlayıb.
Florenzinin son klubu "Milan" olub. O, 2022-ci ilin yayından formasını geyindiyi klubdan bu yay ayrılıb.
İtaliyalı futbolçu "Milan"ın heyətində 77 oyun keçirib, üç qol vurub və 7 məhsuldar ötürmə edib.
Həmçinin Alessandro "Roma", "Krotone", PSJ və "Valensiya"da da çıxış edib. Florenzi ümumilikdə 526 rəsmi matçda 75 qol vurub və 43 qol ötürməsi verib.