AZ

Papa Qəzza üçün dünyaya çağırış etdi: Atəşkəs, Ədalət, İnsanlıq!

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa XIV Leo Qəzzada fələstinlilərin kollektiv cəzalandırılmasına və məcburi köçkünlüyünə son qoymağa və daimi atəşkəsə çağırıb.

Turkustan.az xəbər verir ki, Papa çərşənbə günü ümumi auditoriyası zamanı İsrailin işğal etməyi planlaşdırdığı Qəzzada humanitar böhrana toxunub.

"Bütün məhbusların azad edilməsini, davamlı atəşkəsin yaradılmasını, humanitar yardımların təhlükəsiz daxil olmasını və humanitar qanunlara tam hörmət edilməsini xahiş edirəm", - deyən Papa, mülki şəxslərin beynəlxalq hüquqa uyğun olaraq qorunmasının vacibliyini vurğulayıb.

Papa beynəlxalq hüququn kollektiv cəzaları, nəzarətsiz güc tətbiqini və əhalinin məcburi köçkünlüyünü qadağan etdiyini vurğulayaraq, bu “məhv”ə son qoymağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
2
turkustan.az

3Mənbələr