AZ

Güclü qasırğa Kamçatkaya yaxınlaşır

BAKI, 27 avqust. TELEQRAF

Küləyin sürəti saniyədə 47 metrə çatan dağıdıcı qasırğa Kamçatkaya yaxınlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, ölkənin şərqində, Kamçatka, Saxalin və Kuril adalarında təhlükəli hava şəraiti müşahidə olunacağı proqnozlaşdırılır. Avqustun 28-nə keçən gecə Saxalin vilayətində güclü leysan və sürəti saniyədə 30 metrə çatan küləyin əsəcəyi gözlənilir. Gecənin ikinci yarısında isə sürəti saniyədə 33-35 metr olan qasırğanın Kuril adasına çatacağı gözlənilir.

Meteoroloqların fikrincə, belə güclü küləklər çox nadir hallarda müşahidə edilir və dağıntılara səbəb olur.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr