AZ

Azərbaycan millisinin qapıçısı Kosova klubuna keçdi

Azərbaycanlı qapıçı Yusif İmanov karyerasını Kosovada davam etdirəcək.

Operativ Media-nın məlumatına görə, gənc qolkiper bu ölkənin “Malişeva” klubu ilə anlaşıb. Onunla imzalanan sözləşmənin detalları açıqlanmayıb.

Hazırda Kosova çempionatında iki tur geridə qalıb. “Malişeva”nın aktivində 1 xalı var.

Xatırladaq ki, 22 yaşlı qapıçı müqavilə ilə “Sabah” klubuna məxsus idi. O, bir müddət öncə paytaxt təmsilçisindən ayrıldığını açıqlamışdı.

Seçilən
4
operativmedia.az

1Mənbələr