AZ

Misir Qəzzada 10 minlik kontingent üçün fələstinlilərə təlim keçib

Misir anklavda münaqişə bitdikdən sonra Qəzza zolağında təhlükəsizliyi təmin edəcək 10 min nəfərə qədər kontingent yaratmaq üçün yüzlərlə fələstinliyə təlim keçirməyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) ərəb ölkələrinin rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, namizədlərin ilk qrupları artıq Misir hərbi akademiyalarında hazırlığa başlayıblar.
Qəzzada atəşkəs əldə edildikdən sonra Misirin daha 5 min fələstinlini analoji təlim keçmək üçün qəbul edəcəyi planlaşdırılır.
Gələcək qüvvələrin əsasını Fələstin Milli Administrasiyasının (FMA) təhlükəsizlik orqanlarının nümayəndələri təşkil edəcək, döyüşçülərin bir qismi Fəth hərəkatının tərəfdarları arasından cəlb oluna bilər. Bundan əlavə, Misir, İordaniya və bəzi Körfəz dövlətlərinin milli silahlı qüvvələri atəşkəsdən sonra anklavda təhlükəsizliyin təmin edilməsinə qoşula bilər.

FMA prezidenti Mahmud Abbasın müşaviri Mahmud əl-Həbbaş nəşrə bildirib ki, layihə çox güman ki, beynəlxalq ictimaiyyət tərəfindən maliyyələşdiriləcək. Qəzet iddia edir ki, ərəb dövlətləri getdikcə HƏMAS-ın anklavda hakimiyyəti saxlamamasına təkid edir.
Xüsusilə, iyul ayında Ərəb Liqası tərksilah və sektora nəzarətdən imtina etmək hərəkatı ilə bağlı ilk dəfə çağırış etdi. Əl-Həbbaş da eyni mövqedən çıxış edib.

Seçilən
1
3
ucnoqta.az

5Mənbələr