AZ

ABB-də müştərilər xaricə pul köçürmədə çətinliklərlə üzləşir

Azərbaycan Beynəlxalq Bankının (ABB) filiallarında xaricə pul köçürmə xidməti müştərilər üçün ciddi narazılıq doğurur. AzPost xəbər verir ki, vətəndaşların sözlərinə görə, bu əməliyyat yalnız onlayn qaydada götürülən növbə ilə mümkündür və sistem bir sıra məhdudiyyətlərlə işləyir.

Şikayətçilərdən Amil Həsənlinin bildirdiyinə görə, növbələr yalnız bir saatdan bir açılır və hər dəfə məhdud sayda müştəriyə xidmət göstərilir. Onun sözlərinə görə, filialda saat üçə işləmiş beş dəqiqə olarkən növbə götürmək istəsə də, günün bütün yerlərinin bağlandığı deyilib.

Müştərilərin ən çox narazı qaldığı məqam isə filial daxilindəki elektron terminaldan bu xidmət üçün növbə götürməyin ümumiyyətlə mümkün olmamasıdır. Nəticədə, saat ikidən sonra faktiki olaraq yalnız üç nəfərə xidmət göstərilir ki, bu da böyük filial şəbəkəsi olan bank üçün qənaətbəxş hal sayılmır.

Vətəndaşlar hesab edirlər ki, belə sistem müştəri məmnuniyyətini nəzərə almadan qurulub və köhnəlmiş mexanizmlər müştərilərin gündəlik bank əməliyyatlarını çətinləşdirir.

Məsələ ilə bağlı ABB-nin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Seçilən
4
azpost.info

1Mənbələr