AZ

“Beşiktaş”da ayrılıq həyəcanı

“Beşiktaş”ın futbolçusu Kenni Arroyo İstanbul klubundan ayrılmağa yaxındır.

Fanat.Az xəbər verir ki, “Globo”nun yaydığı məlumata görə, kolumbiyalı oyunçu əsas heyətdə daha çox şans qazanmaq istəyir və buna görə də yeni klub axtarışına başlayıb.

Arroyonun menecerləri artıq potensial təklifləri dəyərləndirir. “Beşiktaş” isə futbolçunun ayrılığına müsbət yanaşa bilər.

Görünən odur ki, Arroyo gələcəkdə daha çox oynayacağı bir mühitdə özünü sübut etməyə qərarlıdır.

Qeyd edək ki, futbolçunun transfer dəyəri 7 milyon avrodur.

Kamil Xudiyev

Seçilən
1
fanat.az

1Mənbələr