AZ

Maliyyə Nazirliyinin nümayəndə heyəti Almatıda beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun (BVF) təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində keçirilən “2025-ci il Milli Hesablar Sistemi (SNA) və Tədiyə Balansı üzrə Beynəlxalq Standartların 7-ci nəşri (BPM7)” üzrə yüksəksəviyyəli dəyirmi masada iştirak edib.

Nazirlikdən XQ-yə bildirilib ki, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi yeni beynəlxalq statistik standartların tətbiqinə hazırlıq, bu istiqamətdə ölkələrarası əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi olub.

Görüşdə yeni statistik standartların tətbiqi üzrə beynəlxalq təcrübələr, maraqlı tərəflərin prosesə effektiv cəlb olunması, resursların və infrastrukturun planlaşdırılması, eləcə də məlumatların yayım strategiyasının hazırlanması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Müzakirələr ölkələr arasında təcrübə mübadiləsinin dərinləşdirilməsinə, milli statistika sistemlərinin gücləndirilməsinə və beynəlxalq hesabatlılıqda şəffaflığın artırılmasına mühüm töhfə verib.

Seçilən
3
5
xalqqazeti.az

6Mənbələr