Danimarka Xarici İşlər Nazirliyi ABŞ-ın müvəqqəti işlər vəkili Mark Strohu qəbul edib. Strohu ABŞ-ın ölkədəki ən yüksək diplomatik nümayəndəsidir.
Editor.az xəbər verir ki, Bu addım üç ABŞ vətəndaşının Qrenlandiyada təsir kampaniyası aparması ilə bağlı ittihamlarla əlaqədardır.
Danimarkalı DR xəbər agentliyi məlumat verir ki, Xarici İşlər naziri Lars Lykke Rasmussen görüşün keçirildiyini təsdiqləyib. Nazir Stroh ilə görüş qərarını, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ağ Ev ilə əlaqəli olan üç vətəndaşın Qrenlandiya ilə Danimarka arasında fikir ayrılıqları yaratmağa çalışdığı barədə iddiaların ortaya çıxmasından sonra verib.
/Samir Qurbanov, Editor.az