AZ

100 min manata qədər əmanətlər dövlət tərəfindən sığortalanır İqtisadçı

ain.az, 525.az portalına istinadən məlumat yayır.

"Daşınmaz əmlakın alınması o halda investisiya sayıla bilər ki, onu satarkən inflyasiya və digər xidmətlər, təmir, avadanlıq xərcləri nəzərə alınsın. Əmlakın kvadrat metri bu gün nə qədərdir, dörd-beş  il sonra nə qədər olacaqdır. Daşınmaz əmlak bazarında investorlar əsasən əmlakın bahalaşma imkanına diqqət edirlər.  Bu gün əmlak bazarında gəlirlilik  ənənəvi sürətdə 4-5 faizdən çox olmayaraq dəyişir: “İnvestor 4-5 faizlik gəlirə razılaşırsa, ümid edirsə ki, qiymət də paralel artacaq,  onda fərqli yöndə addım ata bilər”.

Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, iqtisadçının söylədiyinə görə, daha az risk etmək istəyən insanlar daha çox daşınmaz əmlak almağa üstünlük verir. Nisbətən riskə meyilli insanlar isə, depozit bazarına üz tuturlar. Depozitlə  bağlı müəyyən həcmə qədər risklər aşağıdır. 100 min manata qədər əmanətlər dövlət tərəfindən sığortalanır. Vəsait  həddindən  çox olarsa, bunu bir banka qoya bilməzsiz. Həmin vəsaiti bir neçə bank arasında bölüşdürmək lazımdır. Daha az riskli banklar axtardıqda gəlirlilik aşağı olacaq:

“Pulun yarısını əmlaka, yarısını isə depozitə yönəltmək daha balanslı yanaşmadır. Sərbəst vəsaiti olan şəxslər üçün investisiyanı bölüşdürmək – yəni kapitalı bir neçə sahəyə yönəltmək daha təhlükəsiz və ağıllı strategiyadır.Hazırkı iqtisadi şəraitdə vətəndaşlar üçün pulun yarısını daşınmaz əmlaka, digər yarısını isə banka depozit şəklində yerləşdirmək daha balanslı və risklərə davamlı addımdır. Bu cür yanaşma həm sabit faiz gəliri, həm də uzunmüddətli dəyər artımı imkanı verir. Depozit vəsaitləri likvidliyi təmin edir - yəni istənilən an pul kimi istifadə oluna bilər. Əmlak isə zamanla dəyər qazanır və kirayə gəliri gətirə bilər. Son illərdə daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur, lakin paralel olaraq bank sektorunda da 10 faizə qədər manatla depozit təklifləri mövcuddur. Buna görə də vətəndaşların tək bir sahəyə deyil, iki fərqli və bir-birini tamamlayan investisiya vasitəsinə yönəlməsi tövsiyə olunur. Əgər bütün vəsait əmlaka yönəldilərsə, likvidlik problemi yarana bilər. Təkcə depozitə qoyularsa, gəlir nisbətən aşağı qalır. Amma bölünmüş model həm sabit gəlir, həm də sərvətin artımı baxımından ideal seçimdir. Düşünür ki, sərbəst vəsaiti olanlar üçün 50/50 strategiyası – yəni pulun yarısını passiv gəlirli depozitə, digər yarısını isə kapital artıran daşınmaz əmlaka yönəltmək ən optimal yoldur”.

Sevinc QARAYEVA

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
525.az

1Mənbələr