Azərbaycan üçün strateji tərəfdaş ölkələrdən biri olan Rusiya ilə qarşılıqlı əlaqələr daim diqqət mərkəzində saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında səsləndirib.
O, cari il avqustun 22-də Həştərxan şəhərində iki ölkənin xarici işlər nazirlərinin görüşünü xatırladaraq bildirib: “Görüşdə əsasən ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Həmçinin müxtəlif sahələr üzrə əlaqələrin dərinləşdirilməsi, iqtisadi və siyasi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycan-Rusiya münasibətlərində intensiv dialoq formatı tərəflər arasında sabit və uzunmüddətli tərəfdaşlığın təmin olunmasına xidmət edir”.