AZ

Biçənək meşəsində təlim keçirildi - FOTOlar

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu ərazisində “İrimiqyaslı meşə və çöl yanğınlarının lokallaşdırılması və söndürülməsi zamanı idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Gundem.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Təlimdə Naxçıvanın Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Şahbuz rayon Mərkəzi Xəstəxanasının, Təcili Tibbi Yardım Xidmətinin, eləcə də Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin qüvvələri iştirak edib.

Təlimin məqsədi irimiqyaslı meşə və çöl yanğınlarının söndürülməsi zamanı qarşılıqlı əlaqənin möhkəmləndirilməsi, çətin relyefli ərazilərdə yanğınsöndürənlərin, xilasedicilərin və mülki müdafiə qüvvələrinin fəaliyyət bacarıqlarının artırılması olub.

Nəzəri hissədə plan üzrə məşğələlər keçirilib, praktiki mərhələdə isə hidrometeoroloji və yanğın kəşfiyyatı aparılıb, idarəetmə və koordinasiya təmin edilib. Şərti yanğın zamanı insanların təhlükəsiz ərazidə təxliyəsi, “yaralıların xilas edilməsi”, yanğının söndürülməsi və minerallaşdırılmış zolaqların yaradılması əməliyyatları icra olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə ərazidə təhlükəsizliyi təmin ediblər.

Ümumilikdə 30 texnika və 150 nəfər şəxsi heyətin cəlb olunduğu təlim uğurla başa çatıb. Əldə edilən nəticələr təhlil olunub və müvafiq tapşırıqlar verilib. 

 

Seçilən
4
gundem.az

1Mənbələr