Naxçıvanda mədəniyyət obyektlərinin təmiri istiqamətində ilkin işlərə başlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi, Heydər Əliyev Sarayı və Naxçıvan Dövlət Milli Dram Teatrının təmiri ilə bağlı olaraq mövcud binaların layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanıb.
Şirkət tərəfindən müqaviləyə uyğun olaraq hər üç binanın layihə sənədləri hazırlanacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi mədəniyyət işçilərinin iş şəratinin yaxşılaşdırılması, mədəniyyət müəssisələrinin günün tələblərinə uyğun olaraq təmir və tikintisi istiqamətində işlər davam etdirəcək.
"Cebheinfo.az"